…Hər gün səhər saat 08-də Azərbaycanın ana TV-si saatın 08:00 olduğunu elan edir, ardınca isə  Dövlət Himnimizin səsi bütün ölkəyə, daha dəqiq desək, bütün dünyaya yayılır…

Düzdür, indi kimin üçünsə dünyanın hansısa nöqtəsində olmasından asılı olaraq yer qurşağına görə fərqli saatı ola bilər. Amma bəllidir ki, Azərbaycanın 44 günlük Zəfər müharibəsindən sonra bir çoxları üçün saat Qarabağ vaxtını, kimin üçün isə Şuşa, Zəngəzur və Qərbi Azərbaycan… vaxtını göstərə bilər… Amma paytaxt Bakıda isə hamının bir saat etalonu var.

 Bu sətirləri yazanda «Təzadlar»ın saatı Bakı vaxtı ilə 11:00 idi. Amma bundan bir saat əvvəl Yasamal rayonunda, daha dəqiq desəm, Dövlət Statistika Komitəsinin qarşısındakı (vaxtilə Mikayıl Müşfiqin büstü olan yer) tarixi-arxitektur binanın üstündəki saat 16:00-ı göstərirdi. Özü də saat inadkarlıq edərək daim bu saatı göstərir.

 Bu küçə bütün növ nəqliyyatın intensiv hərəkətdə olduğu yerdir. Bir neçə gündən sonra Formula-1 yarışı başlayır və Bakıda artıq əcnəbi turistlərin sayı artmaqdadır. Məsələn, Bakıda saat 13:00 olanda Tokiyo və Seulda saat 18:00-ı göstərir. Birdən Yaponiyadan və ya Seuldan Bakıya gəlmiş əcnəbi turistlərin könlündən günorta saat 1-də Yasamal rayonunu gəzmək düşdü və bu ərazidən keçdilər. Saatın 18:00 olduğunu görüb yavaş-yavaş yatmağa hazırlaşmasın, neyləsinlər?!

Beləliklə, biz Yasamal RİH rəhbərliyinə irad tutmuruq, amma faktı təqdim edirik ki, bu problemi aradan qaldırsınlar. Bir saatı idarə etməyə nə var ki?! Təki saat bizi idarə etməsin…

A.Məmmədli    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN