"Bəli, onlar 136 gündür tarix yazırlar...

Bu tarixin qəhrəmanlarının mübarizliyi və əzmkarlığı sayəsində ermənilərin silah-sursat dəhlizinə çevrilmiş "Laçın dəhlizi"nin Azərbaycanın tam nəzarətinə keçməsi ilə nəticələndi...".

Bu sözləri "Təzadlar"a Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli söylədi. F.Hacıbəyli qeyd etdi ki, Qarabağda  iqtisadi faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 136 gündür davam edir? Və Humanitar yüklərin keçməsinə heç bir maneə yoxdur. Bununla belə, hazırda Laçında Azərbaycanın sərhəd-keçid postu yaradıldığından ekofəalların daha nə qədər bu ərazidə qalmaları müzakirə edilir. Çünki qeyd edilən postun qurulması ilə Qarabağa erməni terrorçualarının keçməsi mümkünsüzdür. Azərbaycan öz ərazisinə keçən istənilən əcnəbinin kimliyini araşdırmalı, aydınlaşdırmalıdır, bu ölkəmizin suveren hüququdur.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN