“AUDİT ÇƏRÇİVƏSİNDƏ YOXLANILMIŞ HƏR 100 MANATIN 21 MANATINDA POZUNTU AŞKARLANIB”

Milli Məclisin dünənki plenar iclasında Hesabalama Palatasının 2022-ci il üçün fəaliyyəti müzakirə olundu. İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov çıxışı zamanı aduit nəticələrinin təhlili ilə yanaşı, həmçinin Hesabalama Palatasının fəaliyyətinin daha təkmilləşdirilməsi ilə bağlı təkliflərini də təqdim edib.

Bu barədə Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

 O, diqqətə çatdırıb ki, ötən il audit çərçivəsində məlum olub ki, 481 milyon manat məbləğində pozuntu baş verib.

“Hesabatdan görünür ki, 28 auditin 26-da dövlət satınalmaları ilə bağlı pozuntu qeydə alınıb. 2022-ci ildə uyğunluq auditi üzrə maliyyə pozuntularının məbləği 481 milyon manat olub. Bu həmin audit çərçivəsində baxılmış ümumi məbləğin 21 faizidir. Bu audit çərçivəsində 2 milyard 353 milyon manat audit olunub. Bu o deməkdir ki, uyğunluq auditi çərçivəsində yoxlanmış hər 100 manatdan 21 manatında pozuntu qeydı alınlb”, -deyə Vüqar Bayramov diqqətə çatdırıb.

 İqtisadçı ekspert təəssüflə qeyd edib ki, bu məbləğin böyük bir qismini qaytarmaq mümkün deyil və palata cəmi bir dəfə pre-audit keçirilib:

 “Eyni zamanda uyğunsuzluq müəyyənləşdirilmiş məbləğin 73 faizini, yəni 349 milyon manatı geri qaytarılması mümkün olmayn vəsaitlərdir. Bu isə kifayət qədər ciddi maliyyə araşdırması tələb edir.

Palata fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə pre-audit keçirib. Halbuki pre-audit nəzarətin keyfiyyətinin artırılması baxımdan çox vacibidr. İNTOSAİ-in əsas tövsiyyələrindən biri də İnformasiya texnologiyası auditi aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər”, -deyə Vüqar Bayramov .

Həmçinin o, əlavə edib ki, 2022-ci ildə səmərəlilik (performance) auditin nəticələri 5-dir, yalnız 1 səmərəlilik auditin nəticəsində nəticəlilik ilə yanaşı qənaətlilik və səmərəlilik meyarları nəzərə alınmışdır.

Onun sözlərinə görə, səmərəlilik auditinin sayının az olması nəzarət mexanizminin keyfiyyətinə mənfi təsir edir:

“Bu isə ondan xəbər verir ki, səmərəlilik auditin meyarlarının təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, səmərəlilik auditin ümumi auditdə payı cəmi 11.9 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faiz idi. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir”, -deyə vurğulayıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN