Asif Mərzili: «Şikayətimə operativ reaksiya verildiyinə və qanuni tədbir görüldüyünə görə daxili işlər naziri cənab Vilayət Eyvazova dərin təşəkkür etməyi özümə borc bilirəm…»

«Təzadlar»ın ötən sayında qəzetin baş redaktoru Asif Mərzili həm də qəzetin ehtiyacları üçün istifadə etdiyi şəxsi avtomobilinə yol polisinin kameraları tərəfindən Bəxtiyar Vahabzadə (Yasamal rayonu) və Mehdi Mehdizadə (Xətai rayonu) küçələrində ardıcıl olaraq iki dəfə əsassız cərimə protokolu yazılması və s. barədə məlumat vermişdik. Baş redaktor bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevə) göndərdiyi maddi sübut və şikayət ərizəsində bu cərimələrin əsassızlığını qeyd etmişdi. Lakin sonradan Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyevdən aldığı cavab məktubundan məlum olurdu ki, problem həllini tapmamışdır. Jurnalist bu dəfə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edərək problemin sürücü olaraq özünün iştirakı ilə araşdırılması üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir. Beləliklə, qısa zaman içində məsələ həllini tapmışdır.

Asif Mərzili: «…Mən başa düşürdüm ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-leytenant Ramiz Zeynalov bu məsələdən xəbərsiz idi və rəis müavini P.Səfərəliyev isə problemi araşdırmadan cavab məktubunu, sadəcə, imzalamış, mənə göndərmişdir. Mən haqlı olduğumu güman edərək bu dəfə Daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət etdim… Çünki mənə göndərilən SMS mesajda cərimə ödənilməsə, həmin gün avtomobilin üzərinə həbs qoyulacağı bildirilirdi… Minnətdaram ki, cənab nazirin göstərişindən sonra problem operativ şəkildə həllini tapdı və şikayətim təmin olundu… Eləcə də şikayətimə diqqət göstərildiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-leytenant cənab Ramiz Zeynalova, idarənin şöbə rəisi Rövşən müəllimə təşəkkürümü çatdırıram…».

Elçin Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN