Hakimlərin rüşvətə qurşanması faktı bəzın inamılmaz olsa da, artıq adiləşməyə doğru gedir...

Amma Ali Məhkəmənin sədrinin belə hərəkətinə necə inanasan? Bu artıq gerçəkdən balığın başdan iylənməsinin təsdiqidir... Budur, Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları ölkənin Ali Məhkəməsinin sədri Vsevolod Knyazevi rüşvət alarkən saxlayıb. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Agentliyi (KMMA) və Korrupsiyaya qarşı mübarizə üzrə İxtisaslaşmış Prokurorluq məlumat yayıb. Bu dövlət strukturları Ali Məhkəmə rəhbərinin təxminən 3 milyon dollar rüşvət almasını sənədləşdirib. Araşdırmalar davam edir.

Bəli, ölkəsi müharibədə, vətəndaşları didərginlikdə... olan bir ölkənin Ali Məhkəməsinin sədri 3 milyon dollar rüşvət alırsaş artıq onun yeri həbsxana yox, döyüş bölgəsindəki minalanmış ərazilərdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN