Bizə səs verənləri Ərdoğanı dəstəkləməyə dəvət edirəm.

Bir müddət öncə Türkiyənin "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan qərarını açıqlayıb.

TEZADLAR.AZ hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Sinan Oğan Türkiyədə keçirilən Prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

O, qeyd edib ki, Prezident seçkilərinin ikinci turunda Ata İttifaqının üzvləri ilə danışıqlar aparıblar.

“İkinci tur seçkisində xalq ittifaqı  və milli ittifaqın namizədi ilə görüşdük. Biz prioritetlərimizi müzakirə etdik və danışıqlar apardıq. Hər iki namizədlə görüşümüz dövlət xadiminə yaraşan tərzdə keçdi.

Bu danışıqların nəticəsi olaraq bəyan edirəm ki, biz Xalq İttifaqının namizədini dəstəkləyəcəyik. Bizə səs verənləri Ərdoğanı dəstəkləməyə dəvət edirəm”,- deyə bəyan edib.

 Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyasının namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqının namizədi Sinan Oğan 5,17%, Məmləkət Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Həmin gün keçirilmiş seçkilərdə namizədlərin heç biri 50 %-dən çox səs toplamadığı üçün Prezident seçkisi ikinci tura qalıb.

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək və xalq Türkiyənin gələcəyini seçəcək.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilr ölkəmizdə də maraqla izlənilir. Bu seçkilərin nəticəsi təkcə Türkiyə dövləti, xalqı üçün deyil, bütövlükdə türk dünyası üçün böyük önəm daşıyır. Yəqin ki, türk xalqı ən düzgün seçimini edəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN