booked.netbooked.net booked.net  

 

Uzun illərdir təhsil sahəsini bürümüş saxta diplomlardan hələ də yaxa qurtarmaq mümkünsüzdür. Faktdır ki, DİM bu sahədə müsbət və keyfiyyətli rol oynayır, yəni DİM-dən kənar tələbə qəbulu aparanların diplomları tanınmır. Amma nə fayda, hələ də nə qədər vəzifə tutanlar var ki, qanunsuz yollarla dipom əldə edib irəli çəkilirlər. Bu yolda niyyəti baş tutmayanlar isı üz tutur Azərbaycandan kənar ölkələrin universitetlərinə. Bəs belələri ilə necə mübarizə aparmalı? Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Agentliyin yaydığı məlumatda da bildirilir ki, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti

2. Cənubi Rusiya Humanitar İnstitutu

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

4. Rusiya Dövlət Sosial Universiteti

5. Moskva Dövlət Açıq Universiteti

6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

7. Müasir Humanitar Akademiya

8. "YUJDAQ" İnstitutu

9. Dnepropetrovsk Milli Universiteti

10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

*** 

Bəli, qanuni təhsil almadan saxta dipom əldə edib vəzifə tutanların böyük əksəriyyətinin aqibəti sonradan Xaçmazın sabiq deputatı Eldəniz Səlimov kimi olur. Yəni, qanun-qayda bilmir, ali təhsilin verdiyi məziyyətlərə malik olmurlar. Nəticədə davranış qaydaları onlar üçün əhəmiyyətsiz bir işə çevrilir...

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN