AstraZeneca peyvəndinin yaradıcısı, britaniyalı professor Pallard COVİD-19 əleyhinə peyvəndin kollektiv immunitet yaratmasını qeyri-mümkün hesab edir.

Koronavirusun "Delta" variantı COVİD-19-dan kollektiv immunitetin formalaşdırılmasını mümkünsüz edir. Bu barədə  britaniyalı deputatlarla görüşdə vaksin yaradılması üzrə AstraZeneca ilə əməkdaşlıq edən,Oksford qrupunun rəhbəri Endryu Pollard bildirib.

"Problem ondadır ki, bu virus qızılca virusu deyil. Əhalinin 95% qızılcaya qarşı peyvənd olduqda bu virus artıq ötürülə bilməz. "Delta" ştammına ilk növbədə peyvənd olunanlar yoluxacaq", - deyə The Guardian professordan sitat gətirir.

Pollard eyni zamanda qeyd edir ki, indiyə qədər peyvənd olunmayanlar gec-tez koronavirusa yoluxacaqlar.Yoluxmanın tam qarşısını almaq üçün isə vasitə yoxdur.

Onun sözlərinə görə, mövcud vaksinlər yoluxmanın qarşısını ala bilməzlər. Bu vaksinlər yalnız xəstəiyin yüngül keçməsi və ölümlə nəticələnməməsi üçün effektlidir. Bununla yanaşı, professor əlavə edib ki, peyvənddən sonra antitellərin səviyyəsinin aşağı düşməsi halında belə, insanın immun sistemi onilliklər ərzində peyvəndi "yadda saxlayacaq" və virusla yoluxan zamanı müəyyən səviyyədə orqanizmi müdafiə edə biləcək.

Qeyd edək ki, bundan əvvəl mövcud vaksinlərin yaxşı profilaktik və qoruyucu xüsusiyyətlərə malik olduğu,eyni zamanda COVİD-19 xəstəliyinin ağır keçməsinə qarşı bir vasitə olduğu bildirilmişdi.

Koronavirusun Delta ştamı SARS-CoV — 2, COVİD-19 virisunun variantlarından biridir. İlk dəfə Hindistanda aşkar edilmiş və təsvir edilmişdir. Çox qısa inkubasiya dövrü və insan orqanizminə güclü təsiri ilə fərqlənir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN