Priqojin danışığa getdi, bir şərtlə ki, ona qarşı atılmış qanunsuz əməllərin baiskarı cəzalandırılsın və onun barəsində olan cinayət işinə xitam verilsin...

Beləlikləş Priqojin silahı yerə qoyaraq Belarusa gedəcək. Tezadlar.az "Belorus həqiqətləri"nə istinadın bildirir ki, ölkə Prezidenti Lukaşenko onu qarşılayacaq və gələcəkdə təhlükəsizliyinə tam təminat verəcək. Bu barədə həm də Putinin mətbuat katibi Dmitri Peskov rəsmi açıqlama yayıb. Peskov deyib ki,  "Vaqner" döyüşçüləri də cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. 

Qeyd: Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". 

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək. Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Priqojinlə danışıqlarından sonra Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Bəs gələcəkdə Priqojinin bu hərəkətləri Putin və ya Şoyqu tərəfindən bağışlanacaqmı? Axı onun məlum etirazı ilə Putin hakimiyyətinin nə qədər çətin durumda olduğunu dünya gördü. Kritik hal yaranmışdı və Rusiya həm Ukrayna ilə, daxildə isə Priqojinin dəstəsi ilə döyüşməli idi... Üstəlik, Putin onu xəyanətxar adlandırmışdı...

Zaman hər şeyi yerli-yataqlı göstərəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN