Xəbər verildiyi kimi, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrin vasitəçilyi ilə erməni hərbi qüvvələrinin sülhməramlıların yerləşdiyi əraziilərdə yerləşdirilməsi 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatı müddəalarının kobud şəkildə pozulması deməkdir.

 Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.
Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.
Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.

Müdafiə Nazirliyi bu fakta öz kəskin münasibətini bildirmiş və Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır kimi bəyanatla çıxış etmişdir.

Bu barədə Türkiyənin “Haber Global” TV-si də də süjet hazırlayıb.

Süjetdə qeyd olunur ki, erməni qüvvələrinin Qarabağda yerləşdirilməsinə son verilməyəcəyi təqdirdə rəsmi Bakı tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Videomaterialda, həmçinin Ermənistan tərəfindən hər gün atəşkəsin pozulması və müxtəlif provakasiyalara əl atılması də vurğulanıb.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN