Türkiyədə baş verən dəhşətli meşə ynğınlarının, nəhayət ki, əsl baiskarları bəlli olmaqdadır.
Anasının təkidilə PKK terrorçularından ayrılan və təhlükəsizlik xidmətinə təslim olan Mustafa Biçər PKK-nın mənfur sifətini və əməlini açıqca etiraf edib. Bu barədə “İxlas” agentliyi məlumat yayıb. O, PKK terrorçularının etdiklərini belə izah edib:“Təşkilatda olduğum müddətdə bir çox qadının təcavüzə uğradığını, hamilə qaldığını gördüm. Terrorçulardan qaçmaq istəyənlər çoxdur. Lakin burada həbs olunacaqları qorxusuyla qaçmırlar. Türkiyədə hazırda ağaclara PKK-nın əmrilə od vuran “Atəşin Uşaqları” qrupudur”, - deyə Biçər bildirib.
Xatırladaq ki, iki gün öncə adıçəkilən qrupun iki üzvü yaxalanıb və prezident Ərdoğan da yanğınlarda PKK terrorçularının əlinin olduğunu ehtimal etdiklərini bildirib.
A.Məmmədli