Saakaşvilinin əfv edilməsi məsələsi yenidən gündəmdədir...

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, prezident Salome Zurabaşvili bu məzmunlu suala cavab verib. Sitta: "Ölkənin prezidenti olaraq düşünürəm ki, Mixeil Saakaşvili başqa ölkələrdə normal sayılan şərtləri, hətta elektron qolbaqı da olmalıdır. Hesab edirəm ki, buna paralel olaraq o, cəzasını çəkməlidir və ölkədə cəzasızlıq sindromu yaranmamalıdır... Mən dəfələrlə Mixeil Saakaşvili ilə bağlı mövqeyimi bildirmişəm. Bu, Qvaramiyanın məsələsi kimi deyil. Mənim mövqeyim cəmiyyətin həqiqətən də bu məsələdə ikiyə bölünməsi ilə bağlıdır. Şübhəsiz ki, cəmiyyətin Saakaşvilinin hakimiyyəti dövrünün 9 ilini müxtəlif formalarda və rakurslarda yaşamış hissələri var. Buna görə də 9 il ərzində baş verənlərə görə onu bağışlayacağımı düşünmürəm. Mən hesab edirəm ki, ölkə prezidenti kimi onun başqa ölkələrdə normal sayılan şəraiti, hətta elektron qolbağı da olmalıdır. Hesab edirəm ki, buna paralel olaraq o, cəzasını çəkməlidir və ölkədə cəzasızlıq sindromu yaranmamalıdır". Jurnalistin prezidentə Saakaşvilinin əfvi ilə bağlı daha əvvəl səsləndirdiyi "Yox, heç vaxt yox" ifadəsinin qüvvədə olub-olmaması ilə bağlı sualına Salome Zurabişvili "Siz özünüz nəticə çıxarın".

Lakin ekspertlər hesab edir ki, Saakaşvili məsələsində yumşalmalar var və onun müalicə üçün başqa ölkələrə ekstradisiyası reallaşa bilər... Hətta beynəlxalq insan haqları təşkilatları da, həmçinin bir sıra ölkələrin prezidentləri də Saakaşvilinin azad edilməsini mümkün hesab ediblər. Eləcə də bununla bağlı ölkə prezidenti Zurabaşviliyə müraciət də edilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN