Asif Mərzili: «İddiaçı özləri olsa da, vəkil Ağalar Quliyev ikinci dəfədir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməyərək məhkəməyə və redaksiya əməkdaşlarına, şahidlərə hörmətsizlik edir…»

Xəbər verdiyimiz kimi, Qənbərov Gülağa Məmi oğlu Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, guya tezadlar.az saytının 02 noyabr 2022-ci il tarixli buraxılışında yayımlanmış «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı» başlıqlı məlumat xarakterli xəbərdə (https://tezadlar.az/index.php/en/agenda/13189-gulaga-t-nhanin-b-xti-yar-vahabzadi-yalanlari-sok) onun "...işgüzar nüfuzuna xələl gətirilən məlumatlar yayımlanmış, böhtan xarakterli qərəzli məlumatlar əks etdirilmiş, iddiaçı barədə həqiqətə uyğun olmayan aşağılayıcı ifadələr işlədilmiş, onun şərəf və ləyaqətini alçaldan yazılar (???.Red.) dərc edilmişdir..." və sair. Hansı ki, redaksiyanın təqdim etdiyi maddi sübutlar bu iddianın əsassız və başqatma niyyətli olduğu tam sübuta yetirilmişdir.

Bununla belə, ötən iclasların birində Gülağa Tənhanın vəkili Ağalar Quliyev vəsatət qaldırmışdır ki, məhkəmə linqivistik ekspertiza təyin etsin, guya bununla onların iddiası təmin ediləcək. Hakim Şəhriyar Əliyev vəsatəti təmin etmişdir... Bir müddət sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan ekspert rəyində isə Gülağa Tənhanın gözləntiləri puç olmuşdu. Və bəlli olurdu ki, Gülağa Tənhanın iddiaları absurd və əsassız, mənasızdır. Belə ki, Mərkəzin Əlyazmalar və Səslərin ekspertizaları şöbəsinin aparıcı eksperti, filologiya üzrə fəlsəfə doktoru Almaz Bayramovanın rəyində deyilir: "1.İş materiallarında olan "Gülağa Tənhanın Bəxtiyar Vahabzadı yalanları" başlıqlı məqalənin məzmununda və həmin məqalədə işlədilən ifadələrdə Qənbərov Gülağa Məmi oğlunun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən təhqiredici məlumatlar müəyyın olunmadı. 2.Göstərilən yazıda əks olunmuş məlumatlar ictimai qınağa dəstək və bildirilən məlumatlara etiraz olaraq ifadə edilmişdir". 

 Lakin vəkil heç bir səbəb göstərmədən ötən məhkəmə iclasına gəlməmişdir...  Bununla belə hakim növbəti, yəqinki sonuncu iclası bu günə- 2023-cü ilin 3 iyul saat 11:30- a təyin etmişdir. Bu gün də vəkil Ağalar Quliyev heç bir üzürlü səbəb göstərmədən və məhkəməyə təkrarən hörmətsizlik edərək məhkəmə iclasına gəlmədi... 

"Təzadlar"ın baş redaktoru Asif Mərzili bu günkü məhkəmə prosesi barədə bunları dedi:

-Gülağa Tənhanın vəkili Ağalar Quliyev bilərəkdən əsassız iddia ərizəsi tərtib edərək neçə aydır məhkəmənin də, bizim də vaxtımızı almaqdadır... O, bu gün də məhkəməyə və məhkəmə iclasına dəvət etdiyim şahidlərə hörmətsizlik nümayiş etdirdi. Mən vəsatət qaldıraraq hakimdən xahiş etdim ki, məhkəməyə ikinci dəfədir hörmətsizlik edən, üzürlü səbəb göstərmədən və məsuliyyətsizlik edərək iclaslara gəlməyən vəkilin barəsində xüsusi qərardad çıxarılsın və Vəkillər Kollegiyasına göndərilsin... Lakin hakim humanistlik etdi və məhkəmə iclas katibinə vəkilə zəng edib niyə iclasa gəlməməsinin səbəbini öyrənməsini tapşırdı... Beləliklə, iclas zalından vəkilə zəng olundu. Ağalar Quliyev isə telefonda vəkil andına yaraşmayan tərzdə, laqeydcəsinə dedi ki, "Prosesim olduğuna görə gəlmədim...". Bu artıq məhkəməyə və iclas iştirakçılarına, «Vəkillik haqqında» Qanuna hörmətsizlik idi... Nəhayət, hakim Şəhriyar Əliyev müşavirəyə getdi və az sonra qayıdaraq Azərbaycan Dövlətinin adından qərarını elan etdi: "1.Gülağa Məmi oğlu Qənbərovun iddiası rədd edilsin. 2.Ekspertiza xərci kimi 100 manat Gülağa Məmi oğlu Qənbərovdan tutulsun!".

 ***

Asif Mərzili sonda bunları dedi:

-Bilirsiniz ki, Anar Bağırov Vəkillər Kollegiyasının sədri olandan bəri Azərbaycanda vəkillik institutuna böyük inam var, hüququ  pozulanlar həm də öz müdafiələrini vəkillərlə əməkdaşlıqda görürlər. Lakin vəkil Ağalar Quliyevin bilərəkdən əsassız iddia ərizəsi tərtib edib (iddia ərizəsindəki predmet səhvləri, mətndəki üslubsuzluq və yalan məlumatların və s. daxil edilməsi də daxil) neçə aydır məhkəmənin və redaksiyanın vaxtını almasını, məhkəməyə və redaksiya əməkdaşlarına, şahidlərə hörmətsizlik edərək üzrsüz səbəbdən iki dəfədir məhkəmə iclasına gəlməməsini əsas tutaraq Vəkillər Kollekgiyasının rəhbərliyinə şikayət etməyə məcbur oldum. İnanıram ki, Kollegiyanın rəhbərliyi vəkil Ağalar Quliyevin barəsində qanuni tədbirlər görəcək…

Dinlədi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN