Baku TV Bakıda hostel adı altında fəaliyyət göstərən fahişəxanadan gizli çəkiliş edib.

Süjetdə insan alveri ilə məşğul olan bu məkanda baş verən eybəcərliklərdən, pozğunluqdan bəhs edilir. Ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə və qaydalara əsasən masaj salonlarının fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, insan alveri ilə məşğul olan bu məkanlar dövlətin qoyduğu qayda-qanunları heçə sayaraq öz fəaliyyətlərinə davam edirlər.

Belə ki, əgər təsadüfən hostel bilib gecələmək üçün bu məkana girsəniz, müştərilərə “gəl-gəl” deyən qadınları, narkomaniyanın, infeksiyaların, müxtəlif xəstəliklərin yayılması üçün “münbit” şərait görəcəksiz.

Süjetdə o da vurğulanır ki, belə məkanların fəaliyyətlərinə polis göz yumur və nə bu "hostel"llərin sahibi, oraya yığışan hər cür pozğun,əxlaqsız ünsürlərin nə qanun, nə də ictimai qınaq vecinə deyil. Necə deyərlər, şıdırğı proses gedir.

"Təbib", Operativ qərargah və s. koronavirusun yayılma mənşəyini toylarda, şənliklərdə axtarırlar. Yaxşı olardı ki, paytaxtda fəaliyyət göstərən bu cür "hostel"lləri, kafe və pavilyonları, massaj salonlarını üzə çıxarsınlar. Koronavirusun, narkomaniyanın yayılma mənşəyini məhz bu cür obyektlərdə axtarmaq lazımdır.

Daha ətraflı süjetdə:

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN