Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun

“Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb. Tezadlar.az bildirir ki, "Kommersant” qəzetində qeyd olunubki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib. Eyni zamanda, "Lenta.ru", "Moskovskiy komsomolets", "Rusmk.ru", "Voyennoe obozreniye", "Novıye izvestiya", "Regioni Rossii" nəşrləri, TASS və "Vestnik Kavkaza" agentlikləri, "Mir" teleşirkəti və bir sıra digər mətbuat orqanları da Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı BMT-də islahatlar, Fransanın neokolonializm siyasətinin tənqidi və Ermənistanın üçtərəfli bəyanata məhəl qoymaması ilə bağlı səslənən fikirlərə istinad ediblər.

Həmçinin Türkiyə mətbuatı da Prezident İlham Əliyevin çıxışlarını geniş işıqlandırıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN