“Vaqner” döyüşçülərinin əksəriyyəti hələ ki, Belarusa köçməyib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib. Alyansın rəhbəri qeyd edib ki, "Vaqner" qüvvələri hələ də Afrikada və Ukraynanın cəbhə xəttindən fəaliyyət göstərir və Belarusa yalnız bir neçə nəfər gəlib: “Biz Vaqnerin qüvvələrini qəbul etmək üçün bəzi hazırlıqları müşahidə edirik, lakin onların hələ kütləvi şəkildə gəldiyini görməmişik. Biz Belarusdakı hadisələri diqqətlə izləyirik”. Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı sualı cavablandıran NATO-nun baş katibi etiraf edib ki, Kiyev qüvvələrinin döyüş meydanında üzləşdiyi problemlər var: “Ukraynalılar irəliləyiş əldə ediblər, lakin onlar çox çətin döyüşlərdədirlər. Onlar böyük müqavimətlə üzləşirlər və təbii ki, bu, uğurun sürətinə təsir edir”, - deyə Stoltenberq bildirib. O həmçinin qeyd edib ki, NATO Belarusa yerləşən “Vaqner”ə görə şərq cinahında hərbi mövcudluğunu gücləndirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN