Azərbaycan Prezidenti İlham Əliyev aydın şəkildə bildirib ki, gələcək danışıqların bərpası və Ermənistanla münasibətlərin qurulması üçün bir-birinin müstəqilliyinin və ərazi bütövlüyünün tanınması lazımdır. Bakı İrəvandan cavab addımları gözləyir.

"Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını alqışlayır və danışıqlarda ən yüksək səviyyədə iştirak etməyə hazırdır. Ermənistan Azərbaycanla sülh danışıqlarının bərpası ilə bağlı təkliflər gözləyir".

Armiya.az  saytının verdiyi xəbərə görə,bu barədə bu barədə Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu mərhələdə atəşkəsin pozulması təşəbbüsçüsünün identifikasiyası və təxribatçının ünvanlı şəkildə pislənməsi gələcək deskalasiya və sabitlik baxımından əhəmiyyətli rol oynayır.

Əvvəllər də qeyd edilmişdi ki, ermənilər hər vasitə ilə üçtərəfli sazişin yerinə yetirilməsinə mane olacaq və SSRİ dövründə işğal olunmuş bir sıra kəndlərin Azərbaycana qaytarılması və Zəngəzur dəhlizinin açılması prosesini dayandırmaq bəhanəsi ilə istənilən təxribata əl atacaqlar. İndi seçkini udmaqla, ətrafını özünə sərf etməyən məmurlardan təmizləməklə, Paşinyan bir tərəfdən Rusiya ilə oyuna girir, digər tərəfdən isə Fransa tərəfindən verilən göstərişlərə dəqiq əməl edərək regiondakı vəziyyəti gərginləşdirməyə çalışır. Bunun üçün Ermənistan hakimiyyəti və erməni təbliğatı hər şeyi edir: normal insanın təsəvvür edə bilməyəcəyi təxribatlara və alçaqlıqlara gedirlər.

Erməni siyasi elitasının davranışını seyr edərkən işğaldan azad edilmiş ərazilərə səfər zamanı erməni vandalizminin miqyası ilə şoka düşmüş Prezident İlham Əliyev demişdi: "Buraya gəlin, bir baxın, bizim necə şərlə vuruşduğumuzu, kiminlə üz-üzə olduğumuzu gözlərinizlə görün".

Həqiqətən də, dünya tarixi elə bir cəmiyyəti tanımır ki, o, xəstə, demoralizasiyalı, zombiləşdirilmiş insanlardan ibarət olsun. Paşinyan, demək olar ki, bu cür xarakterin tipik nümayəndəsidir. Gün ərzində öz maskasını bir neçə dəfə dəyişir, vədini pozur və Şuşanın Xankəndini itirməkdən qorxaraq işğaldan azad edilməsindən dərhal sonra Sazişin altında qoyduğu imzadan imtina edilir. Ermənistan Baş naziri mövqeyini möhkəmləndirməklə və vəziyyətini xeyli yaxşılaşdırmaqla, regional fövqəl dövlət kimi, hakim kimi çıxış etmək və iki postsovet Respublikasını "barışdırmaq" öhdəliyini öz üzərinə götürmüş Rusiya barəsində istehza etməyə davam edir.

Siyasi gündəlikdən məlum olduğu kimi, Azərbaycan tərəfindən bütün erməni qüvvələrinin Azərbaycan ərazisindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan razılaşmaların yerinə yetirilməsi prosesində heç bir problem yoxdur. Lakin bir ilə yaxın vaxt keçdi, erməni işğalçı korpusu isə Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında qalan hissəsində qalmaqda davam edir.

Dünən Ermənistan XİN Azərbaycanın etirazlarına cavab verərək bildirib ki, Sazişdə erməni qüvvələrinin çıxarılması Dağlıq Qarabağ ətrafındakı rayonlardan nəzərdə tutulub və bununla da regionda vəziyyətin daha da gərginləşməsi üçün yeni mövzu açıb.

Təəssüflər olsun ki, Rusiyanın rəsmi orqanları erməni qüvvələrinin Qarabağda yerləşdirilməsinə qarşı Azərbaycan Müdafiə Nazirliyinin etirazına hələ ki heç bir münasibət bildirməyiblər. Lakin Azərbaycanın bu məsələdə mövqeyi dəqiq və aydındır – Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda erməni işğalçı ordusunun qalıqlarının məhv edilməsi ilə bağlı apardığı əməliyyat istənilən vaxt bərpa oluna bilər. Bütün bunların fonunda Rusiya KİV-lərinin rəsmi xronikası Şoyqu və Karapetyanın fotoları və Rusiya nazirinin "Ermənistana silah göndərilməsi prosesinin başlanması"ilə bağlı bəyanatı ilə doludur.

Qeyd etmək lazımdır ki, Paşinyan Ermənistanla "danışıqların bərpası" məsələsini bir neçə dəfə şərh edən Azərbaycan prezidentinə cavab vermək üçün yenidən hamını çaşdırmağa çalışır və qorxaqcasına birbaşa cavab verməkdən yayınır. İlham Əliyev aydın şəkildə hər kəsə göstərib ki, gələcək danışıqların bərpası və Ermənistanla münasibətlərin qurulması üçün bir-birinin müstəqilliyinin və ərazi bütövlüyünün tanınması lazımdır. Yalnız bundan sonra Bakı Ermənistan rəhbərliyi ilə birbaşa, heç bir vasitəçi olmadan danışıqlar aparmağa hazırdır. Təbii ki, bu cür yanaşma Azərbaycanın hüquqi ərazisinin bir hissəsini ört-basdır etməyə çalışan erməniləri heç cür qane edə bilməz.  Bu məsələ Ermənistan təslim olunduqdan dərhal sonra Azərbaycanın siyasi gündəliyindən çıxarılmışdır. Burada yeganə maneə  Rusiyanın aydın olmayan mövqeyidir. Rusiay  Azərbaycan tərəfini əmin etmişdi ki,onun məsuliyyət zonasında heç bir erməni işğalçısı, silahlı terrorçu və separatçı qalmayacaq.

Hələlik bütün bunlardan bir nəticə çıxarmaq mümkündür-Rusiya ikili oyun aparır və nəticədə yeni siyasi fəsadlara gətirib çıxaracaq ki, bu da yeni hərbi qarşıdurma yarada bilər. Bu cür tarazsız siyasətin səbəbləri isə müxtəlif ola bilər. Moskvanın vəziyyəti gərginləşdirmək istəyini Kremlin sarayçı siyasətçiləri və politoloqlarının davranışında görmək çətin deyil. Görünür, Kreml Cənubi Qafqazda baş verən geosiyasi proseslərin nəticəsindən narazı qalıb və indi Ermənistan və Azərbaycandan maksimum qazanc əldə etməyə çalışır. Lakin Kremldə unutmamalıdırlar ki, bugünkü reallıq ən çox məhz Rusiyanın özünə imtiyazlar verir və bu, yalnız rəsmi Bakının cəsarətli və müstəqil siyasəti sayəsində baş verir. Azərbaycan regionda geosiyasi balansın qorunub saxlanması üçün Rusiya və Türkiyəyə  üstünlük verib. Rusiyanın Qarabağda məsuliyyət zonasında erməni separatçılara açıq şəkildə loyallığı isə bütünlükdə region üçün fəlakətə çevrilə bilər.

Rusiya sülhməramlı rolundan kənarlaşdığı təqdirdə, avtomotik olaraq işğalçı qüvvə kimi tanınacaq və bu da Moskvanın nəinki Bakı ilə, həm də Azərbaycanla Şuşa Bəyannaməsini imzalamış Türkiyə ilə münasibətlərinin tam qırılmasına səbəb olacaq. Bu Bəyannamənin nə olduğunu isə hamı yaxşı bilir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN