Dəfələrlə yazmışıq, Azərbaycan hakimlərinin ədalətsiz qərarından edilən şikayətlərdən sonra Avropa Məhkəməsi Azərbaycan dövlətini cərimələyir... Hansı ki, bu cərimələri dövlətimiz yox, ədalətsiz qərar çıxaran hakimlər və aidiyyəti məmurlar ödəməlidir. Daha konkret desək, Məmməd Əmin Rəsulzadənin, sonradan xalqın yenidən "Azadlıq!" söyləyib qurmağa çalışdığı, Heydər Əliyevin yenidən qurduğu, İlham Əliyevin xalqımızla bu günə çatdırdığı, dörd tərəfi (Ermənistan və İran başda olmaqla) düşmən olan bu dövlət niyə bir-iki hakim və ya məmurun cəriməsini ödəməlidir??? 
 Sözümüzün mətləbi var: Avropa Məhkəməsi bu gün Azərbaycanla bağlı 5 qərardadını elan edib, qərardadlara görə, hökumət, əksəriyyəti müxalif fəallar olan 14 ərizəçiyə təzminat ödəməlidir. Bu işlərdə toplaşmaq, hərəkət azadlığı, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu qaldırlmışdı. Qərarlar bunlardır: Azad Həsənov və Əbülfəz Sadıqov Azərbaycan qarşı; Ramin Əhmədli, Bəşir Tarıverdiyev, Nurlan Qəhrəmanlı, Xanov Musayev Azərbaycana qarşı; İmran Əliyev Azərbaycana qarşı; Abdulla Mahmudov, Ramid Nağıyev, Orxan Salamzadə, Emil Salamov, Aydın İsayev, Vahid Məhərrəmov Azərbaycana qarşı; Fidan Rüstəmova Azərbaycana qarşı".
Bu barədə tanınmış hüquqşünas Xalid Ağaliyev məlumat paylaşıb.
İndi sual olunur: Avropa Məhkəməsinin cərimələrini Azərbaycan dövləti niyə ödəməlidir? Hardadır bu cərimələrin baiskarı olan məmurlar??? Bəs onların məsuliyyəti nədən ibarətdir??? Məsuliyyət olmadığındandır ki, hakimlər ağlagəlməz qərarlar qəbul edir, Azərbaycan dövləti isə cərimə ödəyir... 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN