Nəhayət, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi uzun müddətdir paytaxt sakinlərinin ciddi narazılıq etdiyi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib...

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri dünən gecə saatlarında da davam edib. Məlumatda bildirilir ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

"Təzadlar"ın əldə etdiyi məlumatlara görə, BNA-nın bir neçə maddi məsul şəxsi saxlanılıb. Adları rəsmi məlumatdan sonra tərəfimizdən açıqlanacaq.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN