«Təzadlara» şikayət məktubu ilə müraciət edən Bakı şəhər sakini Tağıyev Toğrul Çingizxan oğlu bildirir ki, «Mədəniyyət TV»nin departament rəhbəri olan

Ramin adlı şəxs kompüter bilikləri və sahə mütəxəssisliyi bacarığını bilərək onu Heydər Əliyev Sarayında işə qoyub: «…Məni informasiya texnologiyaları üzrə müxtəlif kompüter işləri və proqramların yazılması, hazırlanması üçün orada lazımi işlərin aparılması üzrə işə vasitəçilik etdi, sonra ilkin sorğulardan sonra orada işə qəbul elədilər. Lakin əmək müqaviləsi bağlamadan mənə 400 AZN maaş verilməsini bildirdilər. Bir ay yarım fasiləsiz olaraq məni oradakı kompüter işləri üzrə pozulmuş proqramların bərpasına və digər bu kimi işlərin görülməsinə cəlb etdilər. Maaş verilməsi vaxtı yeni 1 ay bitdikdən sonra mən gedib-gəlməyim üçün yol pulu və digər ehtiyaclarımı qarşılamağım üçün pula ehtiyacım olduğunu bildirdim. Onlar isə mənə, «Narahat olma, günlərin yazılır, işini davam etdir, pulun veriləcək», -dedilər. Lakin mən aldadıldığımı hiss edərək Sarayın Kadrlar şöbəsinin müdiri Miraqil Seyidova şikayətləndim. O isə mənə yenə də «Narahat olma, əmək haqqının verilməsində problem olsa, mən özüm öz cibimdən pulunu verəcəm» deməklə mənə vəd verdi. Növbəti ayın  iki həftəsini də əlavə işlədim. Yenə əmək haqqımdan xəbər çıxmadı. Təkrar Kadrlar şöbəsinin müdiri Miraqil müəllimə müraciət edərək maaşımı tələb edərək verdiyi vədi tutmadığını bildirdim. O isə mənə «Neyləyək, gəl çıxaq dalaşaq…». Mən isə ona bura dalaşmağa yox, işləyib zəhmət haqqımı almağa gəlmişəm, - dedim.

Hörmətli «Təzadlar»! Növbəti gün küsgün olduğumdan saraya işə getmədim. Sən demə bunlara da bu lazım imiş. Çünki buradakı kompüterlərdə pozulmuş proqramları və digər çatışmazlıqları mən bir İT mütəxəssisi olaraq aradan qaldıraraq onlara əlverişli iş şəraitini yenidən qurmuşdum və daha onlara lazım deyilmişəm. Ona görə də mənim işə gəlməməyimlə də maraqlanmayaraq heç zəng də etmədilər. Daha sonra yaşlı anam da, hətta bu haqsızlığı qəbul etməyərək Ulu öndərin adını daşıyan Sarayın direktoruna xahişə getmişdir. Onlar isə bir daha müxtəlif bəhanələr gətirərək anamı boş yola salmışdılar. Həqiqətən də dəhşət doğuran məqamlara fikir verin: Müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Ümummilli liderimiz dahi Heydər Əliyevin adını daşıyan bir Sarayın idarəetməsinə məsul olanlar həm ölkənin Əmək Qanunvericiliyinin tələbini pozaraq Əmək müqaviləsi bağlamayaraq işə qəbul edirlər, həm də bu azmış kimi, işlədib pulunu vermirlər. O boyda saray rəhbərliy üçün 400 manat nədir ki?! Xahiş edirəm, mənə kömək edəsiniz».

heyder-eliyev-sarayi-500x480

Redaksiyadan: məsələ ilə bağlı şikayətçi vətəndaş Toğrul Tağıyev bizim iştirakımızla Miraqil Seyidova təkrar zəng edərək zəhmət haqqını tələb etdi. Telefon danışıği zamanı Miraqil Seyidov Toğrul Tağıyevlə maaş söhbətini bir daha müzakirə edərək bildirdi ki, «Mən məzuniyyətdəyəm, işə çıxım, öyrənib deyərəm…».

 Lakin media olaraq vətəndaşın şikayətinin haqlı olduğunu qarşı tərəfin diqqətinə çatdıraraq problemin ictimailəşmədən həllini istədiyimizi bildirəndə isə M.Seyidov bunun vəkil işi olduğunu bildirdi. Hətta o, israrla bizə bildirdi ki, «Siz kimsiniz axı, məhkəmə var, dövlət var, biz bilərik, şikayətçi Toğrul bilər… Mən özüm Toğrula zəng edəcəm…». Və bunları deməklə telefon danışığını yarımçıq kəsdi.

İnanırıq ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi  bu məsələnin araşdırılaraq vətəndaşın pozulmuş hüquqlarının təmin olunmasına kömək edəcək. Mövzunu diqqətdə saxlayırıq.

Məsələ ilə bağlı redaksiya Dövlət Əmək Müfəttişliyi Xidmətinə də elektron məktub ünvanladı.

Xəyyam Qurbanlı

(Şəkildə: Sarayın direktor əvəzi Faiq Mirzəyev)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN