Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib. O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib. R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN