"Nyu York Times" qəzetinin verdiyi məlumata görə, artıq istefa verən Əfqanıstan Prezidenti Əşrəf Qani həyat yoldaşı Rula və iki müşaviri ilə Özbəkistana uçub.

Qeyd edək ki, daha öncə Rusiya KİV-lərində  Əfqanıstan Prezidenti Əşrəf Qaninin istefa verməyə razılıq verdiyi, Kabildan Tacikistana uçduğu, oradan da üçüncü ölkəyə gedəcəyi barədə məlumat yayılmışdı. Həmçinin Əfqanıstanın Milli Barışıq Ali Şurasının rəhbəri Abdulla Abdulla da  Əşrəf Qaninin prezidentlikdən istefa verdiyini və ölkəni tərk etdiyini bildirib.

“Taliban” da Əfqanıstana nəzarətin Abdulla Abdulla və ölkənin keçmiş prezidenti Həmid Kərzainin daxil olduğu  məclisə verildiyini açıqlayıb.

Xatırladaq ki, Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.

Y. MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN