Bu gün xalqımızın yetirdiyi böyük şəxsiyyət, çagdaş Azərbaycanın, bütün Türk dünyasının sevimli şairi  Bəxtiyar Vahabzadənin doğum günüdür.

Türk dünyasının düşünən və düşündürən söz nəhəngləri ilə bir sırada durmaq böyük səadətdi. Bu gün hər bir türk övladının yaddaşında sıralanan beş,on isimdən biridir şair Bəxtiyar Vahabzadə! Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunus İmrə, Vaqif, Sabir, Hadi, Hüseyn Cavid, Müşfiq, Səməd Vurgun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza, Bəxtiyar Vahabzadə. Bu bəxtiyarlıga yetişməyin kökündə, mayasinda böyük istedadla yanaşı, həm də tükənməz, gərgin əmək, zəhmət durur. Elə bu səbəbdən də qüdrətli söz ustadı “şam əgər yanmırsa yaşamır demək, onun yaşamagı yanmagındadır” misralarındakı fikirlərini özünün həyat amalına çevirdi. Bu mənəvi yangıda mənsub oldugu millətin agrıları,acıları, sızılıtıları boy verdi və bu agrılardan dogulacaq neçə-neçə şerlər, poemalar yaddaşlara yazıldı, əbədiyyət qazandı.Tariximizi, adımızı, dilimizi unutdurmaq istəyənlərə “Mən Türkəm” deyə hayqirdi.

                   Sübutdur, dəlildir, aglın qibləsi,

                   Dəyişə bilərsən adımı ancaq

                   Canım çıxanadək qəlbimin səsi

                   “Türkəm” gerçəyini pıçıldayacaq!

                    Bir ananın iki oğlu,

                   Bir amalın iki qolu

                   O da Ulu, bu da Ulu

                   Azərbaycan-Türkiyə!

                   Dinimiz bir,dilimiz bir,

                   Ayimiz bir,ilimiz bir

                   Eşqimiz bir,yolumuz bir

                   Azərbaycan-Türkiyə!

  Böyük şairlər millətin varlıgını, onun dilini, tarixini,  bayragını zamandan-zamana daşıyan əbədiyyət yolçularıdır. Bu ölməz söz ustadlarının damla-damla topladıqları mənəvi xəzinə mənsub olduqları xalqi min illərlə ayaqda tutar. Bəxtiyar Vahabzadə şeriyyətində oldugu kimi. Bu şeriyyətdə özünün en yüksək qiymətini almiş üçrəngli bayragım mənim qürur və varligimdir. Bayragım dalgalanırsa mən də varam!

                   Bayraq mənliyimdir, bayraq kimliyim,

                   Bayraq - öz yurduma oz hakimliyim!

                   Daim ucalasan savaş günündə

                   Əsgər silahıyla səni tən görüm

                   Yalniz zəfər çalmış şəhid önündə

                   Səni alqış üçün əyilən görüm!

          Millətinin dilinə, mədəniyyətinə sahib çıxan,özünü inkar etməyən söz ustadi idi Bəxtiyar Vahabzadə. Dilimizin gözəlliyindən bəhs etdi, türk dili birdə Vahabzadə şerlərində saflaşdı. Hər bir millətin dili onun namusu və vicdanıdır ,onun varligidir dedi. Milli varligimizi əsrlərində heykəlləşdirən şair oldu Bəxtiyar Vahabzadə!

                   Bu dil-bizim ruhumuz,eşqimiz,canımızdır,

                   Bu dil-bir-birimizlə əhdi peymanımızdır

                   Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi

                   Bu dil-əcdadımızın bizə qoyub getdiyi

                   Ən qiymətli mirasdır,onu gözlərimiz tək

                   Qoruyub,nəsillərə biz də hədiyyə verək!

  Bəxtiyar Vahabzadə hələ 60 ci illərdən başlanan milli-azadliq hətəkatının öncüllərindən biri olmuş, iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, “Gülüstan” fəryadını qoparmışdi. “Dırnagi ətdən”,”Ürəyi bədəndən”,”Canı cəsəddən”, Azərbaycanı Azərbaycandan ayıranlara sözü ilə qilinc çalmışdı.

                   Taxta dirəkləri torpaga deyil

                   Qoydular Füzuli divanı üstdə

                   Yarıya bölündü yüz,yüz əlli il

                   Gəraylı, bayatı, muğam, şikəstə

                   Dayanıb Arazın bu tayında mən

                   “Can qardaş” deyirəm, o da can deyir

                   Ey zaman sorguma cavab ver nədən

                   Səsim yetən yerə əlim yetməyir?!

          Bəxtiyar Vahabzadə qibtə edirdi ki Füzuli həsrətlə qürbətdən Vətənə baxirdi, o isə “Vətəndən Vətənə baxir”. Sonra bu dərdin üstünə birdə Səhidlər yarasi gəldi. 90-cı ildə Rus imperiyasi önündə əli yalin dayanan, saysiz-hesabsız səhidlər verən xalqimizin yaralarını dilə gətirdi, hər zaman oldugu kimi yenə xalqın yanında oldu şairimiz.

                   Bilirik bu bəla nə ilkdi, nə son

                   Ölurkən ugrunda bu Ana yurdun

                   Quzu cildindəki o qoca qurdun

                   Dogru,düz cildini çəkdi,Şəhidlər

                   İnsan insan olur öz hünəriylə

                   Millət millət olur xeyri,şəriylə

                   Torpagın bagrına cəsədləriylə

                   Azadliq tumunu əkdi şəhidlər!

         Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə avqust ayının 16 da Şəki şəhərində anadan olub. 1934-cu ildə ailə Bakıya köçüb və O, ilk təhsilini paytaxt məktəbində alıb.1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Bədii yaradıcılıga 1943-cü ildə çap etdirdiyi “Ana və şəkil” şeri ilə başlıyıb.  1945-ci ildə hələ tələbəykən Yazıçılar İttifaqına üzv olub.

         Bəxtiyar Vahabzadə 40-il Azərbaycan Dövlət Universitetində elmi-pedoqoji fəaliyyət göstərib. O, 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin,tarixi və müasir mövzuda 20- dən artiq irihəcmli poemanın müəllifidir. Şairirn əsərləri dünyanın bir çox -ingilis, fransız, alman, fars, rus, polyak, ispan, macar dillərinə tərcümə edilmişdir.

         Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.

  Bu gün Qərbdən-Şərqə, Şərqdən-Qərbə hər bir türkün sevdiyi şairlərdəndir Bəxtiyar Vahabzadə. Onun şeriyyəti Azərbaycan adli ananin halal südündən,isti nəfəsindən yoğrulsa da ürəyində qazax, qırğız, türkmən, bütün Türk dünyasinin sevdasini daşidi. Şairlərin böyüklüyünü xalq bilir,xalqin yaddaşı onun sevgisi kimidir.

                   Qardaşliqdir şüarimiz biz həmişə əl tutaniq,

                   Düşmən bizə əl uzatsa,düşmənliyi unudanıq.

                   Könlümüzdə bir vahiddir Güneyimiz,Qüzeyimiz

                   Vətən bizim namusumuz,biz Vətənik, Vətən də biz!

   Bütöv Azərbaycan həsrəti ilə alişib yanan,yaradıcılıgı boyu üsyan edən şairin:

Azərbaycan sənsən mənim,

Ülviyyətim, şan-şöhrətim.

Adin mənim öz adimdir, Sənsiz mənim nə qiymətim

–misralari o tay, bu tay Azərbaycanımızın hər bir  övladının dilində əzbər olub, birlik marşına çevrilib bu gün.

  Bəxtiyar Vahabzadə poeziyası bizim həyat dərsliyimizdir. Bu dərslikdə düzlük, safliq, mərdlik, sevgi, mübarizlik və daha nələrə,nələrə çağırış var.İnsan oxuduqca düşünür. Düşüncələr poeziyasidi onun poeziyası. Bu şeriyyətə dalan ordan əsil vətənpərvər, üsyankar bir insan kimi çıxır. Hər bir misrasından bir Türk varligı boylanan əsərlərilə yüz illər sonra da xatırlanacaq. Dilimiz, millətimiz durduqca Bəxtiyar Vahabzadə əbədi yaşayacaqdır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN