Bu gün 60 nəfərə yaxın Qarabağ ermənisi, əsasən Rusiya vətəndaşları, Rusiya sülhməramlı kontingentinin müşayiətilə "Laçın" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisini tərk edib.

Gedənlərin özlərinin və yüklərinə nəzarət prosesi Azərbaycan, Özbəkistan, Çin və Qazaxıstan jurnalistləri tərəfindən lentə alınıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərin gedişində iştirak etməyib. Azərbaycanı tərk edənlərin arasında gənclər, valideynlərilə birlikdə uşaqlar, yaşlı və xəstə ermənilər var. Çıxış insidentsiz keçib. Jurnalistlərin sözlərinə görə, ermənilərin Azərbaycandan növbəti mütəşəkkil çıxışları gözlənilir. Erməni siyasətçilərin məlumatına görə, guya Qarabağ iqtisadi zonasında 120 min adam yaşayır. Azərbaycanlı analitiklər isə Qarabağda real 30-40 min erməninin olduğunu bildirirlər.

Qısası, belə çıxır ki, ermənilər artıq Araikin saxta fərziyələrinə və yalanlarına inanmayaraq ərazini tərk etmək məcburiyyətində qalıblar. Ermənilərin isə iki yolu var: ya rədd olub getmək, ya da Azərbaycanın bayrağı altında Azərbaycan vətəndaşı olaraq yaşamaq!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN