Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) suverenliyi altında olan ərazidəki hərəkətlərinin qəbuledilməz olduğunu söyləyib.

TEZADLAR.AZ xəbər verir ki,  Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.
  BMT Sülhməramlı Qüvvələri əsgərlərinin humanitar ehtiyacların həllinə töhfə verəcək Pile Yolu Layihəsinin qarşısını almasına münasibət bildirib.
  “Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kıbrıs Türk Respublikasının suverenliyi altında olan ərazidəki hərəkətləri qəbuledilməzdir”,-deyə Türkiyə Prezidenti vurğulayıb.
  Pile kəndində yaşayan kıbrıslı türklərin vətənlərinə çatmasının qarşısının alınmasının hüquqi və insani cəhətdən düzgün olmadığını  vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “BMT sülməramlılarının atdığı addımlar bölgədə gərginliyin artmasına səbəb olub. Qonşularımızla münasibətlərimizi qarşılıqlı şəkildə gücləndirməyə və aramızdakı problemləri aradan qaldırmağa çalışdığımız bir vaxtda atılan bu addımın qəbuledilməz olduğunu hesab edirik.''
Prezident qeyd edib ki, BMT-nin Sülhməramlı Qüvvələri əsgərlərindən gözlənilən şey, sabitliyi pozan davranış əvəzinə, adadakı bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməsidir.

 

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN