İlk gündən dünya siyasətçiləri ehtimal edirdi ki, Priqojin heç bir halda sağ qala bilməzdi...

Elə də oldu. Tezadlar.az CNN-Ə İSTİNADLA BİLDİRİR Kİ,  Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub. Bu barədə həm də Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar. Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul idi. Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb. “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəş zərbəsi nəticəsində vurulub. 
Məsələ tamamilə aydlndır! Pusiyanın siyasi rəhbərliyi ona qarşı üsyan qaldırmış bir adamı necə sağ qoya bilərdi?
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN