Ağ Ev çərşənbə günü Yevgeni Priqojinin qətli ilə bağlı olarda heç bir sübutun olmadığını bildirib, bununla belə, prezident Co Bayden bəyan edib ki, Kremlə qarşı uğursuz üsyana rəhbərlik edən bir adamın ölümü "təəccüblü deyil".

Tezadlar.az AzadlıqRadiosu-na istinadla xatırladır ki, "Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm", Bayden çərşənbə günü günortadan sonra jurnalistlərə deyib. Təyyarə qəzasının arxasında Putinin olduğuna inanırsınızmı sualına Bayden "Rusiyada çox az şey Putinin iştirakı olmadan baş verir" cavabını verib. çƏrşənbə günü Rusiya xəbər mənbələri hava hücumundan müdafiə sisteminin göyərtəsində “Vaqner” muzdlu qruplaşmasının rəhbərinin və daha 9 nəfərin olduğu özəl təyyarəni vurduğu barədə məlumat yayıb. Bu xəbər müstəqil media tərəfindən təsdiqlənməyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN