…Nə qədər ki, insan cəmiyyəti var, problemlər də olacaq, cinayət də, amma...

 Bəs problemin kökü nədədir? Tanınmış politoloq Şapur Qasıminin bu barədə fikirləri olduqca maraqlıdır:

-Bəs vətəndaşı cinayət törətməyə məcbur edən səbəbləri necə yox etmək olar?

-Əlbəttə ki, vətəndaşı cinayət törətməyə məcbur edən səbəblərin aradan götürülməsi də cinayət törətmiş şəxslərin islah edilməsinin başlıca şərtlərindəndir. Bunun iqtisadi-ictimai sistemin və vətəndaşın şəxsi, ictimai həyatının bütün sahə və istiqamətləri ilə sıx bağlı olan çoxlu sayda elementləri var. Mən bunlardan, ancaq ən ümumilərini qeyd etməklə, məsələnin ictimai çərçivədə ümumilikdə həllinin ən vacib elementlərinə toxunuram. Bu prosseslərin ən ümumilikdə zirvəsində duran amil isə qanunun məzmununun ədalətli olması və qanunun aliliyinin birmənalı olaraq təmin edilməsidir. Qanunun aliliyinin təmin edilməsinin isə yeganə və əsas şərti ÖLKƏDƏ HAKİMİYYƏTİN QANUNA MƏNSUB OLMASIDIR. Azərbaycanda isə, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin III bəndinə əsasən icra HAKİMİYYƏTİ Azərbaycan Respublikasının Prezidentinə MƏNSUBDUR. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri HƏYATA KEÇİRİR. Bu o deməkdir ki, qanunvericilik və məhkəmə hakimiyyəti III bəndin başlanğıcında iddia edildiyi kimi, heç bə bölünməyib, qanunverici orqan və məhkəmələr, ancaq ölkə prezidentinə məxsus olan hakimiyyəti qanunvericilik və məhkəmə sahəsində həyata keçirən muzdlu məmurdur. Yəni, ALİLİK də qanunverici orqanın qəbul etdiyi və məhkəmələrin əsaslanmalı olduğu QANUNLARA DEYİL, alilik statusu daşıyan Prezidentin şəxsi iradəsinə mənsubdur.

Təbii ki, bir nəfər prezident heç bir halda ölkədə hər gün baş verən hadisə və proseslərdə sayı yüzminlərlə ölçülən irili-xırdalı məmur ordusunun qəbul etdiyi qərarları, nə onların əvəzinə özü verə, nə də ki, onları yoxlayıb nəzarət edə bilməz. Məhz bu səbəbdən prezidentə mənsub olan hakimiyyət istər-istəməz dövlət mexanizmi piramidasının məmurları arasında, onların funksiya və statusuna uyğun bölüşdürülmüş olur. Ölkənin qanunverici orqanının qəbul etdikləri qanunların istisna edilmədən hamısının ÖLÜ DOĞULMASININ, hakimiyyətin QANUNLARA DEYİL, məmurlara mənsub olmasının, məmur iradəsinə əsaslanan qanunsuz qərarların, məmur cinayətlərinin cəzasız qaldığı halda, günahsız insanların məhbusa çevrilməsinin əsl səbəbi də bu amildir. Bir tərəfdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib dələduzluq, rəsmi quldurluq yolu ilə əhalini ən azı 50-100 milyon miqdarında qarət edən məmurların cəzalandırılmadığı, yaxud simvolik cəza alsa da, qarət etdikləri vəsait hesabına təmtəraqlı həyat tərzi yaşadığı sirr deyil… Digər tərəfdən, ailəsini minimum səviyyədə dolandırmaq, yaralarını müalicə etmək üçün dərman ala bilməyərək intihar etməyə məcbur olduğu 70-dən çox QAZİNİN yaxınlarının özünün, ailəsinin mövcudluğunu təmin etmək üçün xırda oğurluq, dələduzluq, narkoticarətlə məşğul olması durur. Və sonda yüz milyonları qarət edənlərdən bir neçə dəfə çox müddət ərzində həyatını məhbəsdə keçirməyə məcbur olanların, TƏRTƏR QƏTLİAMINDA ölənlərin, ömürlük fiziki, psixoloji və s. cəhətdən şikəst olub cəmiyyət, vətən, dövlət, məmur anlayışlarına belə, haqlı olaraq düşmən kəsilənlərin özlərinin, yaxınlarının “cinayət-qurban” münasibətlərinin tənzimlənməsi üçün “qisas məhkəməsindən” “cərimə məhkəməsinə” keçidlə və ya “zərərçəkmiş və cinayətkar” arasındakı münasibətləri cinayət işi açılmadan həll etmək üçün xeyirxah və “maraqlı olmayan vasitəçidən istifadə etməklə” həll etmək mümkün deyil.

hebs-0

Mən bu problemin mövcud olan çoxsaylı, çoxqatlı, çoxsahəli tərəflərinin çox az bir hissəsinə toxundum. Bu bəla təkcə Azərbaycan cəmiyyətini deyil, bütün bəşəriyyəti içəridən gəmirən bəd xassəli şiş xarakterli kökləri çox qədim dövrdən bəri iqtisadi-ictimai sistemin anatomiyasında gizlənən təhlükəli bəladır. Ən pisi də budur ki, belə bir ciddi qarşıdurma cinayətkar-quldur statuslu məmurlar ilə qul-məhbus statuslu vətəndaşlar arasında yaradılmış barışmaz ziddiyyət formalaşaraq, hətta daha ciddi şəkildə mövcuddur. Hər iki tərəfin təhlükəsizliyinə və maraqlarına cavab verə biləcək tədbirlər görmək imkanı isə hələ itirilməyib. Mən cəmiyyətə belə bir tədbirlər planı təklif edə bilərəm. Çox təəssüf ki, “müxalifət” bolşevik şüarbazlığından, iqtidar da bəzən bu məqamları görməzliyindən islah olunmaların əsas istiqamətlərini müəyyənləşdirə bilmir. Təbii ki, bui ş hüquq mühafizə orqanlarına aiddir. Sanki kimlərsə bu prosesin baş tutmaması və ya az baş tutmasında maraqlıdır. Yuxarıda qeyd edildiyi kimi, hər il məhkəmə hökmləri ilə yenidən cinayət törədib həbsxanalara qayıdanların sayı durmadan artır. Bəs niyə onlar islah oluna bilmir? Narkotik satan bu cinayəti 3-5 dəfə təkrar törədib yenidən 3-5 dəfə məhbəs həyatı yaşamalı olur.

Axı nə baş verir? Gəlin bu suala hamılıqla cavab axtaraq… Yüksək vəzifəli məmur cinayət törədir, həbs olunur, o birilərinə dərs olmur… Biri dələduzluq edir, bir mənzili 3-5 adama satır, həbs olunur, çıxır, yenidən həmin əməli başqa formada təkrarlayır… Deməli, cəmiyyətdə kütləvi hüquqi maariflənmədə problemlərimiz var. Hamı prezidentdən kömək və ya qərar gözləyir. Özümüz isə bu gözləntilərin fonunda cinayəti körükləyirik…

Dinlədi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN