Bu gün müstəqil Azərbaycanda tarixi gün - Sərhəd Qoşunları Günüdür.

Bu Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərib, milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirib. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında sərəncam imzalayıb. O cümlədən, 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb ki, bu qərar Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticəsini tapıb. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Dövlət başçısı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd edib: “Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək”.

Nəhayət, bu an gəldi. Azərbaycan Ordusu,xalqı, Prezidenti bir yumruq kimi birləşərək 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalından azad etdi, dövlət sərhədlərimiz bərpa edildi. Bir zamanlar "güclü" ordusu ilə öyünən Ermənistana tarixi dərs verildi, ordusu məhv edildi. 

İndi işğaldan azad olunmuş torpaqlarda yeni-yeni sərhəd zastavaları yaradılır və sərhəd qoşunlarında xidmət edən hərbçilərimiz gecə-gündüz sərhədlərimizin keşiyini çəkir. 

Bu gün bu sərhədçilərimizn peşə bayramıdır. Bütün Azərbaycan xalqı kimi biz də  sərhədçilərimizin bu bayramını təbrik edir və inanırıq ki, onlar Vətənimizn sərhədlərini göz bəbəyi kimi qoruyacaqlar. Bayramınız mübarək, əziz sərhədçilər!

Dövlət Sərhəd Xidməti Akademiyası - İXTİSAS.AZ - İxtisas seçimi bələdçisi

Dövlət Sərhəd Xidmətinin rəisi üçün özəl gün - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi saytı

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə gedib » Missiya.az  - Missiya İnformasiya Agentliyi

Azərbaycan sərhədini pozanlardan biri vuruldu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi saytı

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamət 6.3.5)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN