Artıq qardaş Türkiyədən və dost Pakistandan sonra Gürcüstanın da bayrağı Şuşada dalğalanmaqdadır...

belə ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Şuşa şəhərinə səfər edib. Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşıb. Tədbirdə “Soydaş” İctimai Birliyi İdarə Heyətinin üzvü Namiq Veysəl və Birliyin NTK üzvü Əziz Mursaqulov da iştirak edib və Gürcüstan bayrağını səfər zamanı Şuşada dalğalandırıblar. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət ediblər.

Gürcüstanın dövlət bayrağının Şuşada dalğalanması ermənilərə göz dağıdır və bu artıq o deməkdir ki, Ermənistan artıq dostlarını da bir-bir itirir.

A.Məmmədıi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN