Azərbaycan Ermənistan sərhəddində gərginlik qalmaqdadır.
TEZADLAR.AZ xəbər verir ki, sərhəddə baş verənlərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini bölüşüb.
O, diqqətə çatdırıb ki, ordumuzun mövqelərinin atəşə tutulması halları artır.
"Bütün hallarda bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülməkdədir. Ermənistan baş nazirininn son açıqlaması da bir daha təsdiq edir ki, İrəvanda sülhə deyil, müharibəyə daha çox meyillidirlər. Doqquz gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda “acından öldüklərini” iddia edən ermənilər silahlanmaqdadırlar", - deyə Bayramov vurğulayıb.
Deputat bildirib ki, yeni gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil.
O, günbəgün borca batan, səfalətə sürüklənən Ermənistanın revanşist hisslərin bataqlığında boğula biləcəyini də ermənilərin yadına salıb.
"Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və istiqamətdəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur.
Məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır. Bu ilin iyul ayında əvvəlki ay ilə müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60.0 faizi keçib. Göründüyü kimi, borc batağlığında boğulan Ermənistanda revanşist meyillər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan ordusu var", - deyə Vüqar Bayramov Azərbaycan Ordusunun "Dəmir Yumruq"unu xatırladıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN