Neçə gündür sosial platformada deputat, şair və ictimai xadim Musa Urudun saxta müsahibəsi yayılır... Dəfələrlə "Təzadlar"a zəng edən tanışlar bu video-çarxın nə dədəcədə gerçək olduğunu soruşurdular...
Məlum olur ki, Musa müəllimi hədəf alanlar ermənilərdir... Onun Qərbi Zəngəzurun tarixi ilə bağlı araşdırmaları erməniləri ciddi şəkildə narahat edib və düşmən tör-töküntüləri də belə feyk üsullara könül veriblər. Amma əbəs!
 Nəhayət, Musa Urud bu gün bu anlaşılmaz məsələyə, yəni erməni təxribatına cavab verib: "Bəli, erməni təxribatıdlr. Mənim müraciətimə əsasən, Müvafiq qurumlar araşdırdı. Hər gün yeni platforma üzərundən yayılır. Bizi yolumuzdan sapdırmağı düşünürlər. Əbləhlər görünür Zəngəzur türklərini yaxşl tanımırlar! Qərbi Azərbaycana dönənəcən çalışmalarımız davam edəcəkdir!".
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN