“The Crisis Watch” bu və ya digər regionda baş verən hərbi münaqişələri izləyir.  Bu təşkilatın təmsilçisi Babak Taghvaee yazır ki, sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyinə “Bayraktar TB2” dronlarının yeni dəsti daxil olub. Bu dronlar Ermənistanın növbəti hücumu zamanı istifadə olunacaq. Dron dəsti Azərbaycanın “Silk Way Airlines” şirkətinə məxsus “4K-AZ40” və “Il-76TD” yük təyyarələri vasitəsi ilə Ankaradan Yevlaxa çatdırılıb. Xəbərdə reyslərin nömrələri də qeyd olunub: ZP6592/AZQ6502.
 “The Crisis Watch” bu xəbəri Twitter-in X platformasından yayıb. İrana məxsus “Iran International Newsroom” isə bu xəbəri “Looming Azerbaijan-Armenia War Signals Geopolitical Shifts” (Yaxınlaşan Azərbaycan-Ermənistan Müharibəsi Geosiyasi dəyişikliklərdən xəbər verir) adlı təhlil yazısında istifadə edib.
***
Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlaya biləcəyi ilə bağlı Nikol Paşinyan da bəyanat verir. Bu məlumat beynəlxalq xəbər agentlikləri tərəfindən də tirajlanır. Azərbaycanla Ermənistan arasında Moskva, Brüssel və Vaşinqtonda gedən danışıqlar faktiki olaraq dondurulub. O da maraqlıdır ki, heç bir siyasi mərkəz Azərbaycanla Ermənistana danışıqların növbəti raundunun keçrilməsi üçün çağırış etmir.
 Azərbaycanla Ermənistan arasında əsas problem nədir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, keçmiş Dağlıq Qarabağı ölkəmizin tərkib hissəsi kimi qəbul etsə də Xankəndi ilə Bakı arasında beynəlxalq müşahidəçilərin nəzarəti altında (yəni Qərbin nəzarəti altında) danışıqlar keçirilməsini tələb edir. Rəsmi Bakı isə danışqların yalnız Azərbaycan ərazisində, heç bir kənar müdaxilə olmadan keçirilməli olduğunda israrlıdır. Söhbət ondan gedir ki, Qarabağ erməniləri Azərbaycana re-inteqrasiya etmək istəmirlər. Qarabağda hələ də 10 min silahlı erməninin qalması bu istəyin olmamasından xəbər verir. Ermənistanın Laçın buraxılış-keçid məntəqəsini dəhliz statusunda açmaq üçün beynəlxalq səviyyədə anti-Azərbaycan siyasətinin aparılmasında da bu amil dayanır...
Tərəflərin ortaq məxrəcə gələ bilmədiyi ikinci əsas məslə ilə Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan Zəngəzurun yolunun açılmasına etiraz etmir. Ancaq bu yola dəhliz statusu vermək istəmir...
Ermənilər də yaxşı bilir ki, yalnız Zəngəzura dəhliz statusu verildiyi təqdirdə Laçın yolu da dəhlizə çevrilə bilər. Əks təqdirdə bu, mümkün deyil...
Bu kimi fundamental məsələlərdə 180 dərəcə fərqli mövqelərdə dayanan tərəfləri ortaq məxrəcə gətirmək son dərəcə müşkül məsələdir. Ona görə də Cənubu Qafqazda Bellona ( Qədim Romada müharibə allahı) və Mars (fəlakət ilahəsi) qoşa addımlayır. Qələbə ilahisi Femida kimin tərəfində olacaq? Əla həzrət zaman hər şeyi yerbəyer edəcək...
Elbəyi Həsənli,
Sürix
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN