Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Qarabağda atılan addımlar düzgün deyil.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbəe veri ki, G-20 Zirvə Toplantısından sonra beynəlxalq mətbuat konfransında çıxışında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı R.T.Ərdoğan deyib: “Sentyabrın 11-də böyük ehtimalla mənim Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığım olacaq. Bizim Qarabağı sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur. Hazırda Qarabağda atılan bu addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Avropa İttifaqı dövlətləri də bunu qəbul etmir”.

  Xatırladaq ki, Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələri son vaxtlar səngər qazma və istehkam işlərini artırıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN