Təəssüflər olsun, bəzən cinayətdən cinayət törəyir və bunun fərqində olmirlar...

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı qızın qətlində təqsirləndirilən qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı 30 yaşlı Alim Sadiqov hələ də axtarışdadır. Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, 14 yaşlı Aytac Şahmarova 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırılıb.  Faktla bağlı onun ailəsi, məktəb, Təhsil Resurs Mərkəzi məlumatlı olsa da heç bir tədbir görülməyib. Bildirilir ki, cütlük 2 aydır evli olub. Yetkinlik yaşına çatmamış qız isə evliliyin əleyhinə olduğu üçün, bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa cəhd edib. Yerli sakinlərin sözlərinə görə, cinayət hadisəsi ər-arvadın qohumlarının toyuna getməyə hazırlaşdıqları zaman baş verib. A. Sadiqov 14 yaşlı qıza odlu silahdan 3 dəfə atəş açıb, yeniyetmə aldığı güllə yarasından yerindəcə keçinib.  Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11 Prima, 109-cu maddəsi əsasında; ailə üzvünü qəsdən öldürmə ittihamı ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 
XXX 
Saqareco Bələdiyyəsinin Ləmbəli kəndində baş vermiş qanlı hadisəyə Xalq Müdafiəçisi Levan İoseliani münasibət bildirib. Ombudsman erkən nikah və qadın öldürmə halları ilə bağlı dövlətin atdığı addımların yetərsiz olduğunu bildirib. O bildirib ki, qəsdən adam öldürməyə cəhd və azyaşlı nikah hallarına, o cümlədən cinayətlərin xəbər verilməməsi halları ilə bağlı sərt siyasət aparılmalıdır: “14 yaşlı qızın qətli ilə bağlı fakt bizi şoka salır və bu faciəvi faktdan əvvəl onun uşaqlıq yaşında qanunsuz məcburi ərə verilməsi ilə bağlı yayılan məlumatlar təşviş doğurur. Mümkün erkən nikah faktları ilə bağlı araşdırmaların yüksək tempinə baxmayaraq, həm azyaşlı nikah hallarının, həm də məcburi nikah hallarının aşkarlanması və yönləndirilməsi ölkədə problem olaraq qalır. Uşaq nikahının göstəricilərinin aşkar edilməsi prosedurları və onların öhdəlikləri ilə bağlı müraciətlərə cavabdeh olan şəxslərin məlumatlılığı olduqca aşağı səviyyədədir. Erkən nikah və qadın öldürmə halları ilə bağlı dövlət tərəfindən atılan addımlar yetərli deyil və həm mərkəzi, həm də yerli səviyyədə sistemli və əlaqələndirilmiş iş tələb olunur. Təəssüf ki, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin çağırışına baxmayaraq, gender normalarının və stereotiplərinin xüsusilə güclü olduğu regionlarda dövlət gender əsaslı zorakılığa qarşı fəaliyyətini gücləndirməyib. Gürcüstanın Xalq Müdafiəçisi qadınların öldürülməsinə cəhd, uşaq nikahları hallarını araşdıracaq və mövcud çağırışlara cavab olaraq təcili addımların atılmasını vacib sayır. Xüsusən də cinayətlərin xəbər verilməməsi halları ilə bağlı sərt siyasət də daxil olmaqla, bütün aidiyyəti qurumların vaxtında və səmərəli işə cəlb olunması və reaksiyası olmalıdır. Həmçinin, dövlət tərəfindən məsul şəxslər tərəfindən məlumatı göndərmə prosedurlarının mümkün pozulması faktlarının öyrənilməsi vacibdir”, - deyə qeyd olunub.

XXX 

Valideynlərin günahından və ya hansısa məqsədləri naminə övladlarının ( hər iki halda) bədbəxt olması sonda onların da faciəli həyatına səbəb olursa, deməli, nəticı çıxarmaq lazımdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN