Bu gün – oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putin ad gününü qeyd edir. Rusiya dövlət başçısının 71 yaşı tamam olur.
Rusiya KİV-nin məlumatına görə, prezidentin 20-ci dəfə ali dövlət vəzifəsində qeyd etdiyi bu bayram istirahət gününə düşsə də, Putin üçün iş günü olacaq. Belə ki, Vladimir Putin Qazaxıstan və Özbəkistanın başçıları Kasım- Jomart Tokayev və Şavkat Mirziyoyevlə birgə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin başlanması ilə bağlı təntənəli mərasimdə iştirak edəcəklər.
Putinin bayramı adətən yaxınlarının əhatəsində keçirilir. Putin bu mövzuya lazımsız diqqətdən yayınmağa çalışır. "Bu, mənim ad günümdür, milli bayram deyil. Mənə elə gəlir ki, bu hadisənin əhəmiyyətini şişirtmək təvazökarlıqdan uzaqdır", - Rusiya lideri deyir.
Xatırladaq ki, Vladimir Vladimiroviç Putin 1952-ci il oktyabrın 7-də indiki Sankt -Peterburq şəhərində anadan olub. O, həyatının 20 ilini Rusiya Prezidenti kürsüsündə keçirib.
JASMİN