Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumata görə, bu gün oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib.

Yurda qayıdışımız mübarək! Bir kərə qayıdış bir daha geri dönməz! 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN