ABŞ-ın "Axios" xəbər saytı adı açıqlanmayan iki diplomatik mənbəyə istinad edərək sensasion məlumat yayıb...

Saytın yazdığına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyrutda BMT-nin Yaxın Şərqin sülh prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşü zamanı ölkəsinin bir mesajını çatdırıb. Nazir ölkəsində “qırmızı xətlərin” olduğunu vurğulayaraq  BMT nümayəndəsinə bildirib ki, İsrailin hücumları davam edərsə, xüsusən də Qəzza zolağına qurudan hücum edilərsə, İran buna sərt cavab verməli olacaq...

XXX

 İranlı nazirin bu mesajının arxasında nələr durur, o, bununla nəyə işarə edir? Yaxud, İranın İsrailə hərbi dildə cavab verəcəyi nə dərəcədə real görünür? Bu və ya digər suallara cavab almaq üçün politoloq, Baş ədliyyə müşaviri Adil Minbaşıya müraciət etdik. Adil Minbaşının "Təzadlar"ın sualına cavabı belə oldu: 
- Məsələ ondadır ki, İran, sadəcə, sözdə İsrailə qarşı savaş apara bilər. İsrail İranın nüvə silahı sahəsində çalışan alimlərini ölkə daxilində öldürür və ya oğurlayıb aparır, İran isə buna cavab verə bilmədiyi üçün bunları kimin icra etdiyini görməzdən gəlir və susur... İsrail İran üçün İraq deyil ki, 6 il vuruşa. İran İsrailin qarşısında maksimum 6 həftə dayana bilər...  İran rəsmiləri də bunu dəqiqliklə bildiklərinə görə, sadəcə, daxili publika üçün İsrailə sözlə hədə gəlir. Məsələ bu qədər sadə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN