Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi cinayətkar Yaroslav Hunkanın (Qunka) ekstradisiyası üçün İnterpol və Kanadaya müraciətlə bağlı Rusiya Federasiyası və Belarusun hüquq-mühafizə orqanları ilə işləməyi tapşırıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kanada hökuməti və beynəlxalq təşkilatlar tərəfindən Yaroslav Qunkanın hərbi cinayətkar olduğunu, “Qalisiya” SS diviziyasının keçmiş əsgəri kimi rəsmi şəkildə tanınmasını nəzərə alaraq, sizə Rusiya və Belarusun hüquq-mühafizə orqanları ilə operativ şəkildə işləməyi tapşırıram. Onun açıq mühakimə üçün ekstradisiyası barədə Kanada hakimiyyətinə, eləcə də İnterpola müraciət edilsin”, - deyə Rusiya Müdafiə Nazirliyi Şoyqudan sitat gətirir.

Aydındır ki, “faşist Qunkanın Lvov vilayəti ərazisində, sonra SSRİ ərazisində mülki sovet əhalisinə qarşı törədilmiş vəhşiliklərdə, o cümlədən polyakların və yəhudilərin soyqırımında bilavasitə iştirakı onun mühakimə olunmaq üçün ekstradisiyasını tələb etməyə əsas verir”.

Qeyd olunur ki, bu cür insanlıq əleyhinə cinayətlərin iddia müddəti yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN