"Prezident Salome Zurabişvilinin həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq".

Tezadlar.az xatırladır ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze parlamentdə keçirilən uğursuz impiçment səsverməsindən sonra jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Salome Zurabişvili bundan sonra Gürcüstanın yox, müxalif “Vahid Milli Hərəkat” partiyasının prezidenti olacaq. Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini deyib. Kobaxidze qeyd edib ki, Salome Zurabişvili dövlət institutlarına və Konstitusiyaya müharibə elan edib və bu gün baş tutan uğursuz impiçment səsverməsi ilə dövlət “10:0 uduzub”. Kobaxidze impiçment prosesinin Prezidentlə “radikal müxalifət” arasındakı ittifaqı ifşa etdiyini deyib.

 Xatırladaq ki, hakim partiyanın sentyabrda başlatdığı impiçment prosesi bu gün parlamentdə keçirilən uğursuz səsvermə ilə başa çatıb. Partiya parlamentdə prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün tələb olunan minimum 100 səsi əldə edə bilməyib. Prezident Zurabaşvilinin isə əvvəldən Saakaşvilini əfv etmək və ya başqa ölkədə müalicə olunmasına icazə verməsi məsələsi daim müzakirə mövzusu olub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN