" Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. " ***
Xəbər verdiyimiz kimi, əmanətçilərinin tənqidinə məruz qalan "Muğan Bank" ASC-nin lisenziyası iki gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib...

 O  “Muğan Bank” ki,  1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub…

Lakin bu gün "Muğan Bank"ın müştərilərini bir sual narahat edir: Bankdakı əmanətlər nə zaman və necə ödəniləcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da fikirlərini bölüşüb.

Vüqar Bayramov əmanətçilərin adı çəkilən bankda olan əmanətlərini geri almaq üçün mütləq Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etməli olduqlarını qeyd edib - həm də yazılı şəkildə. O, ərizə ilə müraciət zamanı mütləq şəxsiyyət vəsiqəsinin, əmanət müqaviləsinin, əmanət kitabşasının, yaxud əmanətlə bağlı digər qanuni sənədlərin təqdim edilməsinin də vacibliyini vurğulayıb. 
"Müflis elan olunmuş "Muğan Bank"da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir.
Qeyd edək ki, əmanətlər ilə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadık vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq.
Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir", - deyə bildirib.
İqtisadçı-ekspert əmanətlərin Fond tərəfindən qaytarılmasının maksimum müddətini də açıqlayıb, həmçinin izah edib ki,  vətəndaşların əmanət faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödəniləcək. 
Onun sözlərinə görə, bankda sığortalanmış əmanəti olan şəxslər öz vəsaitini tam olaraq geri ala biləcəklər.
"Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya Avroda olmadıqda isə, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni əmanət rubl ilə yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
Bütövlükdə, "Muğan Bank"da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcəklər. Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyyə olunur", - deyə V.Bayramov bir daha vətəndaşları xəbərdar edib.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN