Tbilisidə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

Tezadlar.az Gürcüstan Nazirlər Kabinetinin portalına istinadla bildirir ki,  tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orkay, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanda fəaliyyət göstərən bir çox ölkələrin səfirləri, diplomatik nümayəndələri, iş adamları, eləcə də media nümayəndələri iştirak ediblər.
 Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru xətlərinin önəmini vurğulayıb. Bu layihələrin hər üç ölkənin iqtisadiyyatına, eləcə də ölkələr arasındakı münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini xüsusi qeyd edib: "Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir. Ümid edirəm ki, bu əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Həyata keçirəcəyimiz regional, enerji, nəqliyyat və logistik layihələrin sayı, investisiyaların həcmi daha da artacaq".

Mərasimdə Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın bayram münasibətilə videomüraciəti də təqdim edilib.

Türkiyənin dövlət quruculuğunun 100 illiyi Azərbaycanda da sevgi ilə qeyd olunub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN