Azərbaycan Həndbol Federasiyasının Prezidenti Saleh Məmmədov tanınmış həndbolçusu Rəfiqə Şabanovanı Fəxri Fərmanla təltif etdi...

Azərbaycan Həndbol Federasiyasınıdan "Təzadlar"a daxil olan məlumatda deyilir ki, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşüb. S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib.

 Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.

Yubilyarı biz də ürəkdən təbrik edirik. R.Şabanova Azərbaycan Oəndbol Federasiyasında əsl məktəbdir...

JASMİN

oxu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN