Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daha da möhkəmlənməkdədir...

bunun sübutu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Tezadlar.az bildirir ki, Ərdoğan bu barədə qərar imzalayıb. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar. Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur. Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.

Bu o deməkdir ki, iki qardaş ölkə arasında bütün sahələr üzrı əməkdaşlıq sərhəd tanımır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN