Gözlənilməz halda Gürcüstanın işğal altındakı Çxinvali bölgəsinin Tsorbisi kəndində Rusiya prezidenti Vladimir Putinin heykəli ucaldılıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumat "Telegram" kanalları vasitəsilə yayılıb. Bildirilir ki, abidənin təşəbbüskarı Rusiyanın güləş üzrə yığma komandasının keçmiş baş məşqçisi Cambolad Dedevia olub. Abidənin açılış mərasimində Qondarma Cənubi Osetiya rejimi və Rusiya arasındakı "dostluq əlaqələrinə" diqqət çəkilib. Qeyd edək ki, Gürcüstanın Çxinvali və Abxaziya regionları Rusiyanın işğalı altındadır.

Gürcüstanın siyasi hakimiyyəti hələki bu siyasi qalmaqala reaksiya verməyib. Amma o da var ki, praktikada sağ dövlət başçılarının heykəlinin qoyulması qəbulolunmaz sayılır. Putinin də bu məsələyə dair reaksiyası hələki yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN