...Ölkədə sağlamlığımıza qənim kəsilən, bizimlə yanaşı addımlayıb, lakin görmədiyimiz bir təhlükə var-İndi də Delta ştammı. Bəs nə edək? Tanınmış hüquqşünas Şəmsəddin Əliyev həyacan təbili çalır:
- Latın dilində "Hygiena-amica valetudinis!". -Gigiyena sağlamlığın dostudur! Bu kəlam hər gün və hər zaman üçün deyilib. Hippokratın da məşhur bir fikrini xatırlatmaq yerinə düşərdi: Həkim, xəstəni müalicə et, xəstəliyi yox! İndiki xəstəliklərin kökünü kəsmək bir az müşkül məsələdir. Başımız qarışacaq, ona yoluxanların sayı artacaq. Son günlərdə covidin dinamikasında ictimai narahatlıqla qarşılanan artım müşahidə edilir. Can qeyb edən soydaşlarımız da az deyil. Dünən səsi, davranışı və mədəniyyətilə xoş ovqat bəxş edənləri bu gün torpağa əmanət edirik. Hüzndə iştirak edə bilməməyimiz isə başqa cür narahatlığın davamıdır. Deyib, güldüyümüz, dərdi-qəmi bölüşdüyümüz yaxın dostlar bir günün içində xəstəxanaya yerləşdirilir. Bax, bütün bunlar adi halda görə bilmədiyimz Covidin simptomlardır. Qəfil gəlir və ünvan-ünvan gəzir. Caynağından qurtulmaq çox çətindir. Nəzərə alaq ki, bu sahədə bacarıqlı həkimlərimiz də çox deyil... 10 gündür ki, bir-birimizə qarşılıqlı hörmət və ehtiram bəslədiyimiz, iki dəfə MM-in deputatı olmuş dostlarımdan biri coviddən müalicə olunur. Nəhayət, 10 gündən sonra telefonla əhvalını öyrənə bildim. Təngənəfəslik danışmağa imkan vermirdi. Çox danışıb onu zora salmaq da istəmədim. Sağollaşmaq anında: "Hacı, sən Allah, buraxın bu siyasəti. Cəmiyyətə ciddi mesajlar verin ki, qaydalara əməl etsinlər. Şəxsi və ictimai əhəmiyyət kəsb edən gigiyena qaydalarını sözsüz qorusunlar. Bu işdə əziyyəti olan Polislərin qanuni tələblərinə tabe olsunlar. Vaksindən imtina etməsinlər və mütləq, hər iki peyvəndi qəbul etsinlər."
Pasiyent dostum həkim olduğundan son olaraq belə bir cümlə də işlətdi: Mən, belə bir xəstəlik görməmişdim. Dözmək olmur...
Özünüzü qoruyun!..
Mən də ictimaiyyətə səslənirəm: Peyvənddən qaçmayaq, saxta yollarla covid pasportuna yiyələnməyək! Hamımızın sağlamlığı üçün Vaksinasiya mütləqdir! Dövlətin vətəndaşların həyat və sağlamlıqları ilə bağlı daxili siyasətinə dəstək olaq!
*** 
Bəli, insanlar və insanlıq çətin imtahan, mürəkkəb sual qarşısındadır. gəlin bu sınaq imtahanından "2" almayaq, adi və sadə suallara-gigiyena qaydalarına əməl edək!
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN