Ermənistan nə qədər sirr saxlamağa çalışsa da, sonuncu (27 sentyabr 2020-ci il) Qarabağ müharibəsindəki itkilərini gizlədə bilmədi...

Hətta bir müddət əvvəl itkin düşənlərin guya əsirlikdə olduğunu, bəzən isə ölüləri morqlarda gizlətməklə etirazlı valideynləri sakitləşdirməyə çalışdılar... Amma nə vaxtadək??? Nəhayət, ikinci Qarabağ Müharibəsində erməni tərəfindən 3773 nəfərin ölüb, 243 hərbi qulluqçunun isə itkin düşməsi etiraflandı. Bu barədə avqustun 24-də parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşınyan deyib. O bildirib ki, hökumətin 2021-2026-cı illərdə fövqəladə şəraitdə planını təqdim edir: əsirlərin, minlərlə köçkünün olması, sosial-iqtisadi böhran, Ermənistan və Qarabağın artan təhlükəsizlik problemləri və pandemiya. "Qısamüddətli, ortamüddətli və strateji perspektivdə problemlərin həll yollarını göstərmək lazımdır, çünki Ermənistan taleyüklü və dönüş mərhələsindədir", - deyə o bildirib. Ermənistanda qeyri-rəsmi mənbələr ölən erməni əsgərlərinin sayını 5 mindən 7 min nəfərə qədər göstərir. 

Beləliklə, işğalçı ölkə gözləmədiyi zərbəni alandan sonra anladı ki, Azərbaycan bu ədalətsizliklə heç vaxt barışası deyil. Və barışmadı da...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN