Ötən gün Gürcüstanın baş naziri Qaribaşvili Paşinyanla keçirilən panel görüşündə ona Azərbaycanla bağlı məyyusedici cavab verib...

"Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz",- deyən Baş nazir İrakli Qaribaşvili Paris Sülh Forumunun ermənistanlı həmkarı Nikol Paşinyanla birgə iştirak etdiyi panel müzakirəsində belə deyərək əlavə edib: "Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var, həmçinin qardaş Ermənistanla dostluq əlaqələrinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik. Dostum Nikol Paşinyan bu mövqeyi yaxşı bilir. Eyni şeyi dostum İlham Əliyev haqqında da deyə bilərəm... Bizim regionumuzdakı, qonşu ölkələr olan Azərbaycan və Ermənistandakı vəziyyət əlbəttə ki, Gürcüstan üçün narahatlıq doğurur. Əvvəllər də dəfələrlə dediyim kimi, Gürcüstan çox obyektiv, qərəzsiz vasitəçidir, sadəcə bir dostdur. Bizim Ermənistanla əla münasibətlərimiz var, bizim Azərbaycanla da əla münasibətlərimiz var. Mənim özümün hər iki liderlə çox etibarlı münasibətim var. Ona görə də Gürcüstanın marağı regionumuzda uzunmüddətli davamlı sülh və sabitliyi təmin etməkdir. İki il əvvəl biz (Azərbayacan və Ermənistan arasında – red.) uğurlu vasitəçilik etdik. Bu, bizim Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə yaratdığımız ilk vasitəçilik presedenti idi. Azərbaycan Ermənistanda saxlanılan 15 nəfəri Gürcüstanın vasitəçiliyi ilə azad etdi və İrəvan minalanmış ərazilərin xəritəsini verdi. Ona görə də Gürcüstan bu nəticələrə nail olmağa qadirdir”.  Qaribaşvili onu da əlavə edib ki, Azərbaycan və Ermənistan arasında vasitəçi o ölkə olmalıdır ki, ona hər iki tərəf etimad edir: “Düşünürəm ki, burada etimad vacibdir. Çünki kimsə vasitəçilik təklif edirsə, bu vasitəçiyə hər iki tərəfdən etimad olmalıdır. Əgər etimad yoxdursa, vasitəçilik uğurlu olmayacaq. Daha bir məsələ isə - mən bu ilin əvvəlində Davosda da demişdim – ola bilsin tərəflər bir-birilərinə etibar etmirlər, lakin əməkdaşlıq olmalıdır. Əməkdaşlıq, müzakirələr və dinc dialoq olmadan sülh olmayacaq”.

Sitatın sonu...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN