Dostlar, yəqinki Oleq Kuznetsovu tanıyırsınız. Bakıda yemlənən, Moskvaya gedib erməni "podruqa"larını görən kimi 180 dərəcə dəyişən bu adam bu gün blogger kimi özünün şəxsi səhifəsindəki müəllif yazısında Ali Baş Komandan İlham Əliyevin Xankəndidə hərbi paradı qəbul etməsini böyük səhv kimi qiymətləndirir, hətta uzağa gedərək Azərbaycanı qınayır, etnik təmizləmədə ittiham edir, işğalçı kimi təsvir etməkdən belə çəkinmir.
"Təzadlar"da ona lazımi cavab veriləcək, elə öz dilində... Amma sözümüz Azərbaycan XİN-ə, Prezident Administrasiyasına və DTX- dir. Bu adamın Bakıya girişinə qadağa qoyulmalı, əlavə tədbir görülməlidir. Onu Bakıda yemləyənlər bu yazıdan nəticə çıxarmalıdırlar.
 Məsələ ondadır ki, neçə ildir Bakıya gələn, "xoş sifətlə" qarşılanan, yuxarı başa çıxarılan Oleq Kuznetsov iki dəfə "Təzadlar"ın redaksiyasında da olub, Ermənistanı işğalçı kimi tənqid edən müsahibə də verib... Bəs indi ona nə olub? Azərbaycanın 30 il ərzində erməni işğalçılığından nələr çəkdiyini, Xocalı qətliamını bilən, İrəvandan yüz minlərlə Azərbaycanlının qovulduğunu, Ermənistanın həm də bu günahsız insanları son nəfərinədək doğma yurdundan qovub etnik təmizləmə cinayəti törətdiyini yaxşı bilən Kuznetsov bəlkə ermənilərin Qarabağda törətdiyi terrorçuluğundan, şəhər və kəndlərimizi viran qoymasından xəbərsizdir? İlham Əliyev nə etməli idi! Bu vandalların cinayətinə susmalı, Azərbaycan Ordusu erməni terrorçuları Qarabağdan qovmamalı idi??? 
QISASI, ERMƏNİ DƏYİRMANINA SU TÖKƏN, ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN BU ADAM CAVABINI ALMALIDIR! 
Ətraflı yazı olacaq...
Asif Mərzili
P.S.Müşahidə etmişəm, Kuznetsov Bakıda ermənilərin əleyhinə yüngülvari açıqlama verir, Moskvaya gedən kimi 180 dərəcə dəyişir... İndi də əminəm ki, o, Moskvadadır, ya da Ermənistanda... Azərbaycan DTX və digər qurumlar bunu dəqiqləşdirə bilər...
Bu da həmin yazının linki: 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN