Bu gün Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Gününə, eləcə də 9 noyabr Bayraq və Konstitusiya gününə həsr olunmuş “Zəfər bayrağı” adlı bayram tədbiri keçirilib...

Bayram tədbirində iştirak edən tarixçi alim, dosent  Zəfər Bayramovun bu dəqiqələrdə Toronto şəhərindən zəng edərək "Təzadlar"a verdiyi məlumata görə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan tədbirdə Azərbaycandan da xüsusi nümayəndələr iştirak ediblər: "...Təxminən bir saat əvvəl başa çatan Bayram tədbiri olduqca coşqu və əsl qələbə əhval- ruhiyyəsi ilə keçirildi... Mərasimdə Kanadada yaşayan çoxsaylı soydaşlarımız, eləcə də Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyənin Torontodakı baş konsulu Sinem Mingan, Moldovanın Torontodakı baş konsulu George Oprea, Albaniyanın Torontodakı baş konsulu Genc Tirana, eləcə də Azərbaycan mədəniyyət və incəsənətini təmsil edən mədəniyyət ustalarımız iştirak edirdilər. Tədbir Azərbaycan və Kanadanın dövlət himnlərinin səsləndirilməsi ilə başladı, sonra  44 günlük Vətən müharibəsində və 2023- cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində erməni terrorçularının zərərsizləşdirilməsi üçün həyata keçirilən hərbi əməliyyat zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra  “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təbrikindən sonra qonaqlara “Təbriz” ansamblının ifasında milli musiqi və rəqs nümunələrimiz təqdim olundu. Çıxış edən natiqlər, xüsusən də Türkiyənin Toronto şəhərindəki baş konsulu Sinem Minganın bayram təbriki alqışlarla qarşılandı...  Onu da qeyd edim ki, Azərbaycanın Dövlət himni səslənəndə hər birimiz kövrək anları yaşadıq, Zəfər Günümüzdən dərin qürur hissi keçirdik...".

Qeyd edək ki,bayram tədbirində, həmçinin qonaqlara Azərbaycan bayrağının tarixi, Qarabağ müharibəsinin xronologiyası haqqında video, habelə uzun illər Kanadada yaşamış mərhum bəstəkar Adil Bəbirovun Qarabağ musiqisinə həsr edilmiş “Karabakh is Azerbaijan” videosu nümayiş etdirilib.

Qarabağ Azərbaycandır! Zəfər Günümüz mübarək olsun!

A.Məmmədli

d34ea259-134b-4bd2-8bed-3ed41ffc627e

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN